News
İnsanın immun sistemini qocalmadan müdafiə edən zülal tapılıb
Oct 12, 2022 | 09:48 / Interesting information
Read 852 time (-s)

Genetiklər qanın kök hüceyrələrini qocalmadan müdafiə edən və immun sisteminin funksiyalarını qoruyub saxlayan zülal tapıblar.

Leybnits adına Qocalma İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, qanın kök hüceyrələrinin funksiyasının saxlanılması TAZ zülalının normal fəaliyyəti ilə bağlıdır.

İnsan qanı hematopoetik kök hüceyrələrindən daim regenerasiya olur. Lakin yaş artdıqca onlar öz funksiyalarını itirir və bərpa potensialı azalır.

Alimlərin bildirdiyinə görə, Hippo siqnal yolu toxumaların regenerasiyasında, həmçinin xərçəngin inkişafında mərkəzi rol oynayır. Bu siqnal yolu transkripsiya prosesində DNT-nin müəyyən genlərinin informasiya RNK-sına köçürülməsinə nəzarət edən YAP və TAZ kimi zülalların fəallığına maneə törədir.

Tədqiqatçılar genlərin ekspressiyasını gənc və yaşlı siçanların hematopoetik kök hüceyrələrində analiz ediblər. Onlar hansı genlərin qocalma vaxtı aktivləşdiyini və ya deaktivləşdiyini yoxlayıblar. 

Alimlər aşkar ediblər ki, hüceyrələrdəki genlər yaş artdıqca dəyişir. Yaşlı siçanların hüceyrələrində bir neçə yüz gen aktivləşərək TAZ zülalı daha güclü istehsal edilir.

Genetiklər güman edirlər ki, qanın köhnə kök hüceyrələrini süzməyə və onları orqanizmdən silməyə müvəffəq olunarsa, bu, immun sistemini stimullaşdırmağa və onu gənc yaşlardakı kimi yenidən daha aktiv etməyə imkan verəcək.

JOURNALS
Useful links