News
Photo
II kurs magistrantı Beynəlxalq Elmi Konfransda məruzə ilə çıxış etmişdir
Oct 07, 2022 | 12:33 / Conferences, assemblies
Read 1723 time (-s)

2-ci kurs magistrantı Səfərli Aygün 29 sentyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr oluunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda keçirilmiş Beynəlxalq elmi konfransda ingilis dilində “Synthesis and study of properties of  Zn  complex compounds with different organic ligands L-diphenylcarbazone and L- diphenylcarbazone dimethylsulphoxide” mövzusu üzrə çıxış etmişdir.

İnstitutun “Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə II kurs tələbəsi Səfərli Aygün “Nadir metalların kompleks birləşmələri” laboratoriyasında k.ü.f.d., dos. Şahnaz Qəhrəmanovanın rəhbərliyi altında “Cu (II), Mn (II) metal duzlarının  müxtəlif  donor əsaslı liqandlarla komplekslərinin sintezi və katalitik  xüsusiyyətlərinin  öyrənilməsi” mövzusunda  elmi-tədqiqat işləri aparır.

Konfransda, həmçinin kimya elminin müxtəlif sahələrində aktual mövzular üzrə çıxışlar olmuşdur.

JOURNALS
Useful links