News
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi “Web of Science” bazasında indeksləşən, CA impakt faktorlu jurnalda dərc olunub.
Sep 22, 2022 | 15:00 / Publications
Read 963 time (-s)

Tədqiqat işi Sb–Se yarımkeçirici nazik təbəqələrinin elektrokimyəvi çökdürülməsinə və alınan təbəqələrin tərkibinə əsas amillərin təsirinin öyrənilməsinə həsr edilmişdir. Optimal elektrolit tərkibini və elektroliz rejimini seçmək üçün etilenqlikol elektrolitindən çökdürülmüş Sb-Se nazik təbəqələrinin tərkibinə elektroliti təşkil edən komponentlərin qatılığının, temperaturun, cərəyan sıxlığının və s. təsiri öyrənilmişdir. Təcrübələrin nəticələri göstərmişdir ki, H2SeO3-in qatılığının artması ilə alınan təbəqələrdə sürmənin miqdarı azalır. Elektroliz müddətinin 15 saata qədər artması çökdürülmüş təbəqələrin tərkibinə müsbət təsir göstərir. Cərəyan sıxlığından asılı olaraq, çökdürülmüş təbəqələrin tərkibində sürmənin miqdarı artır və 0,19 mA/sm2 cərəyan sıxlığında yüksək keyfiyyətli təbəqələr əmələ gəlir. Çöküntülərdə sürmə və selenin miqdarı uyğun olaraq 48,8% və 51,2% (stexiometrik tərkib 50,73% Sb və 49,27% Se) təşkil edir. Elektrolitin temperaturunun, cərəyan sıxlığının və SbOCl qatılığının artması nazik təbəqələrin tərkibində sürmənin miqdarının artmasına müsbət təsir göstərir. Sb2Se3 kimyəvi birləşməsinin stexiometrik tərkibə yaxın nazik təbəqələrinin alınması üçün elektrolitin optimal tərkibi və müvafiq elektrokimyəvi çökmə rejimi müəyyən edilmişdir.

Vusala Asim MajidzadeSevinj Piri JavadovaGoshgar Seyfulla AliyevAkif Shikhan AliyevDilgam Babir Tagiyev. Electrodeposition of Sb–Se Thin Films from Organic Electrolyte. Chemistry Africa (2022) https://doi.org/10.1007/s42250-022-00480-8

https://link.springer.com/article/10.1007/s42250-022-00480-8

JOURNALS
Useful links