News
James Webb vasitəsilə tarixdə ilk dəfə Günəş sistemindən kənardakı planetin atmosferində CO2 aşkar edilib
Sep 21, 2022 | 10:07 / Interesting information
Read 867 time (-s)

James Webb kosmik teleskopunun spektoqrafı tarixdə ilk dəfə Günəş sisteminin xaricində yerləşən planetin atmosferində CO2 qazı aşkar edib. Söhbət, WASP-39b adlı ekzoplanetdən gedir. Qeyd etmək lazımdır ki, CO2 qazı Yer kürəsi atmosferinin əsas tərkib hissəsini təşkil edən qazlardan biridir. WASP-39b-yə başqa cür isti Yupiter də deyirlər. Yəni bu, ölçü baxımından Yupiterə bənzəyən qaz nəhəngidir. Sözügedən ekzoplanet WASP-39 adlı ulduz ətrafında dövr edir və həmin ulduz bizim Günəşə çox bənzəyir. WASP-39 adlı ulduz Yer kürəsindən 700 işıq ili uzaqlığında mövcud olan Qız bürcündə yerləşir. Qeyd etmək lazımdır ki, WASP-39b, James Webb teleskopunun müşahidəsini apardığı ilk ekzoplanet olub.

2011-ci ildə kəşf edilmiş ekzoplanetin atmosferində CO2 qazının aşkar edilməsi yeni nəsil kosmik teleskopun kəşfləri siyahısına daha birini əlavə edir. WASP-39b Günəş sistemində mövcud olan Yupiter planetinin kütləsinin 30%-nə sahibdir və ölçü baxımından ondan 30% böyükdür. Bu isti qaz nəhəngi öz ulduzu ətrafında tam dövrü 4 gün ərzində reallaşdırır və o öz uduzuna Merkurinin Günəşə məsafəsindən daha yaxın məsafədə yerləşir. İlkin hesablamalara əsasən WASP-39b-də temperatur 900 dərəcə Selsi təşkil edir. Bu, çox vacib bir kəşfdir. Belə ki, alimər ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetin atmosferində CO2 qazının mövcudluğunu təsdiqləyə biliblər.

Bu cür kəşf həmçinin onu sübut edir ki, James Webb ekzoplanetlərin tərkib hissələrinin analizi üçün əvəzolunmaz alətdir. Teleskop tərəfindən əldə edilmiş bu məlumatlar vasitəsilə bu cür kosmik obyektlərin necə yarandıqları və necə inkişaf etdiklərini aydınlaşdırmaq mümkün olacaq. WASP-39b-nin daha öncə Hubble teleskopu vasitəsilə analizi onu göstərmişdi ki, ekzoplanetin atmosferində su buxarı mövcuddur və atmosferin özü buludlarla əhatə edilib. Alimlərin sözlərinə əsasən bu və ya digər planetin atmosferinin tərkibi onun necə yarandığı və həyat dövrü ərzində hansı inkişaf mərhələlərindən keçdiyi barəsində məlumatları təqdim edə bilər.

JOURNALS
Useful links