News
Yol tozları meqapolis sakinlərində xərçəng riskini artırır.
Sep 15, 2022 | 13:49 / Interesting information
Read 870 time (-s)

Rusiyalı alimlər sübut ediblər ki, yol tozları şəhərlərdə yaşayan milyonlarla insanlarda xərçəng riskini artırır.

Yol tozunun tərkibində çoxlu sayda müxtəlif komponentlər var,məsələn, avtomobil şinlərindən qopan rezin parçalar, yol səthlərindən qopan hissəciklər, torpaq hissəcikləri, kiçik zibil və buz təmizləyici qalıqlar. Onların üzərinə, öz növbəsində, daha təhlükəli çirkləndiricilər - ağır metallar və politsiklik aromatik karbohidrogenlər (PAK) asanlıqla çökür və bərkiyir.

PAK-lar arasında benz(a)piren ən təhlükəli sayılır, çünki onun insan orqanizminə daxil olması xərçəngin inkişaf riskini artırır. Benz (a) piren avtomobil mühərriklərində yanacağın yanması zamanı, sənaye müəssisələrindən, eləcə də istilik sistemlərindən atılan tullantılarla atmosferə buraxılır və bərk səthlərin, o cümlədən yol toz hissəciklərinin üzərinə çökür.

Toz avtomobil yollarının və səkilərin səthindən asanlıqla havaya qalxır, onunla nəfəs alanda, udanda və dəri ilə təmas yolu ilə insanların və heyvanların orqanizminə daxil olur. Bu baxımdan toz hissəcikləri mütəxəssislər tərəfindən benz(a)pirenin ətraf mühitə yayılmasının ən təhlükəli yollarından biri kimi qiymətləndirilir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri Moskvanın yol tozunun benz(a)pirenin tərkibini təhlil ediblər. Belə ki, avtodayanacaqlarla təchiz olunmuş həyətlərdən 33 əlavə nümunə götürülmüş, benz(a)piren kimyəvi yolla tozdan ayrılmış və onun miqdarı müəyyən edilmişdir.

Nəticədə, ən çox çirklənmiş ərazinin sakinlərin maşın saxlamaq üçün istifadə etdiyi həyətlərin olduğunu göstərilmişdir. Burada bir kiloqram tozun tərkibində bir milliqram benz(a) piren var ki, bu da icazə verilən maksimum konsentrasiyadan təxminən 20 dəfə yüksəkdir.

Belə güclü çirklənmə, bitişik ərazilərdə sıx bina şəraitində havanın kifayət qədər aktiv şəkildə dövr etməməsi və buna görə də avtomobillərdən çıxan işlənmiş qazların və tozdan gələn maddələrin burada çox miqdarda toplanması ilə əlaqədardır.

Müəlliflər ilk dəfə olaraq küçə kanyonlarının parametrlərinin - küçələrin eni və uzunluğunun, habelə onları məhdudlaşdıran binaların orta hündürlüyünün yol tozunda benz(a)pirenin tərkibinə necə təsir etdiyini müəyyən ediblər.

Şəhər tozunun tərkibindəki benz(a)pirenin şəhər sakinlərinin sağlamlığı üçün nə dərəcədə təhlükə törətdiyini qiymətləndirmək üçün alimlər onun hər gün insanların organizminə daxil olması (tozla nəfəs alınması, dəri vasitəsilə təmas yolu) miqdarını hesablayiblar.

“Sonda, alimlər belə nəticəyə gəldilər ki, yol tozunda benz(a)pirenin artan miqdarı şəhər sakinlərinin sağlamlığı üçün böyük təhlükədir.

Böyük elmi və praktiki maraq doğuran məsələ şəhərin təkcə nəqliyyat yükünün çox olduğu deyil, həm də sənaye və tikinti təsiri güclü olan ərazilərində yol tozunun kimyəvi tərkibinin xüsusiyyətlərinin müəyyən edilməsidir.

Rusiya Elm Fondunun (REF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Environmental Geochemistry and Health jurnalında dərc olunub.

JOURNALS
Useful links