News
Rusiya alimləri qlobal istiləşməni ləngidə bilən maddə alıblar
Sep 14, 2022 | 11:33 / Interesting information
Read 870 time (-s)

“MİSİS” Elm və Texnologiya Universitetinin alimləri Moskva Dövlət Universiteti və N. D. Zelinski adına Üzvi Kimya İnstitutunun həmkarları ilə birlikdə karbon qazının emalı məqsədilə sənayedə işlədilən kobalt-nikel katalizatorlarının alınması üçün yeni sadələşdirilmiş üsul hazırlayıblar.

Bu katalizatorlar məsaməli səthə və köpüklü yüksək aktiv hissəciklər əmələ gətirən nanoölçülü dənələrə malikdirlər. Bu quruluşa və kobaltın nikellə sinerji qarşılıqlı təsirinə görə, katalizatorlar karbon qazı molekulları ilə daha intensiv qarşılıqlı əlaqə və mövcud analoqlarla müqayisədə yüksək sabitlik ilə xarakterizə olunur.

Tədqiqatçılar reaktiv sol-gelləri yandırmaqla belə katalizatorların alınma sürətini və sadəliyini təmin ediblər. Ölçüsü bir kub millimetrə qədər olan nümunənin kiçik bir həcmini qızdırmaq üçün az miqdarda enerji kifayətdir və sonra sintez əlavə enerji sərfiyyatı olmadan avtonom rejimdə davam edir. Katalizatorda istifadə olunan kobalt məsaməli süngər mikro strukturunun əmələ gəlməsinə kömək edir və həmçinin nikelin katalitik xassəsini üç dəfə artırır.

Gələcəkdə elmi qrup yeni səmərəli və dayanıqlı katalizatorların axtarışını davam etdirmək niyyətindədir.

JOURNALS
Useful links