News
Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib
Sep 14, 2022 | 09:47 / Important events
Read 838 time (-s)

Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib.  Dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin qanı yerdə qalmadı!”.

JOURNALS
Useful links