News
"Zaman kristalları"
Sep 09, 2022 | 10:38 / Interesting information
Read 829 time (-s)

Nobel mükafatı laureatı Frenk Vilçek 2012 - ci ildə "zaman kristalları" adlandırılan kristalların yaradılmasının mümkünlüyü fikrini irəli sürmüşdü. Onun izahına əsasən, belə kristallar sükunət halında olmalarına rəğmən müəyyən hərəkətə də malik olmalıdırlar. Başqa sözlə, belə kristallar materiyanın ən aşağı enerjili halını xarakterizə edirlər. Vilçekin fikrincə bu cür əbədi hərəkətə nail olmaq üçün atomlar stasionar haldan periodik hala keçirilməlidirlər. Onun bu fikri səsləndirməsindən 5 il sonra, Harvard universitetində bu cür kristal yaratmağa nail olublar. Yaradılmış "zaman kristalında" azot qarışıqlar almazın daxilində əbədi dövr edirlər.

JOURNALS
Useful links