News
Dünyada ilk dəfə insanlara donuz kollagenindən süni buynuz qişa köçürülüb
Sep 06, 2022 | 13:09 / Interesting information
Read 864 time (-s)

Biomühəndislərin donuzun dərisi əsasında əldə etdikləri buynuz implantı Linçyopinq Universitetindən (İsveç) olan tədqiqatçılar  tərəfindən müvəffəqiyyətlə 20 pasiyentə köçürülüb.

Bu implantlar ağır patologiyalı insanların görməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu kəşf keratokonus və bənzər xəstəliklərin müalicəsində yeni perspektivlər açır.

İnsanda uzun elastik liflər yaradan kollagen zülalı buynuz qişa daxil olmaqla insanın müxtəlif toxumalarına möhkəmlik verir. Ancaq öz-özlüyündə kollagen nisbətən az bərkdir və asanlıqla dağılır. Tədqiqatçılar kollagenə lazımlı xüsusiyyətləri əlavə etmək üçün kimyəvi reaktivlərdən və ultrabənövşəyi şüadan istifadə ediblər.

Qeyd edək ki, buynuz qişa xəstəlikləri görmənin itirilməsinin ən geniş yayılmış səbəblərindən biri hesab olunur. Dünyada 17 milyondan çox insan məhz bu səbəbdən görməni itirib.

JOURNALS
Useful links