News
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi “Web of Science” və “Tomson Reuters” bazasına daxil olan jurnalda dərc olunub.
May 19, 2021 | 11:23 / Publications
Read 2084 time (-s)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri akad. Dilqəm Tağıyev, prof. Vaqif Əhmədov, dosent Natalya Melnikova, aparıcı elmi işçi Həbib Nurullayev, elmi işçilər Aytən Babayeva və Vüsal Əhmədovun həmmüəllif olduqları məqalə “Web of Science” və “Tomson Reuters” beynəlxalq bazalarına daxil olan  Russian Chemical Bulletin jurnalında dərc olunub.

V.M.Akhmedov, N.E.Melnikova, A.Z.Babayeva, G.G.Nurullayev, Vs.M.Akhmedov, and D.B.Tagiyev “Platinum nanocomposites with mesoporous carbon nitride: synthesis and evaluation of the hydrogenation activity” Russian Chemical Bulletin, International Edition, Vol. 70, No. 4, pp.667-684(2021); Impact Factor-1.062 (2019-2020).

Məqalə platinin mezzo məsaməli morfologiyaya malik karbon nitridlə nanoölçülü komplekslərinin yeni işlənib hazırlanmış üsulla sintezinə həsr olunub. Sintez olunmuş komplekslərin morfoloji və optiki xassələri tədqiq edilmiş, onların alkin və olefin karbohidrogenlərinin hidrogenləşməsi proseslərində stabil və yüksək katalitik aktivliyə malik olduğu müəyyən edilmişdir.

JOURNALS
Useful links