News
Azərbaycanda 18 yaşına çatmış hər şəxsin vaksinasiyası başlayır - RƏSMİ
May 07, 2021 | 12:00 / Interesting information
Read 2036 time (-s)

Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsinə start veriləcək.

Trend.az bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, ölkəmizdə koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq.

Mayın 10-dan 18 yaşına çatmış hər şəxs vaksinasiya kampaniyasına könüllü qatıla bilər.

Onun sözlərinə görə, cəmiyyətimiz məsuliyyətlilik prinsipinə uyğun olaraq tamlılıqla vaksinasiya qatılmalıdır.

Saglamolun.Az

 

 
JOURNALS
Useful links