News
Kimyaçı alimlərin məqaləsi nüfuzlu jurnalda çap olunub
May 05, 2021 | 10:00 / Publications
Read 2114 time (-s)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, aparıcı elmi işçilər Samirə İmaməliyeva, Vaqif Qasımov, elmi işçi Elvin Əhmədov, Fransa-Azərbaycan Universitetinin dosenti, k.ü.e.d. Dünya Babanlı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ziya Əliyevin həmmüəllif olduqları məqalə “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry” jurnalında dərc olunub.

Məqalə Bi2 S3-Bi2 Te3-BiI3 kvaziüçlü sistemində faza tarazlığının tədqiqinə həsr edilib. Müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə alınan nəticələr əsasında sistem üzrə bir sıra politermik kəsiklərin faza diaqramları və likvidus səthinin proeksiyası qurulmuş, fazaların ilkin kristallaşma sahələri, non və monovariant tarazlıqların tipləri və koordinatları təyin edilib. Sistemdə bismutun sulfid və telluridləri, həmçinin tio və telluroyodidləri əsasında geniş bərk məhlul sahələri aşkar edilib.

Qeyd edək ki, alınan yeni bərk məhlullar Raşba yarımkeçiriciləri və termoelektrik materiallar kimi böyük maraq kəsb edir.

JOURNALS
Useful links