News
Akademik Tofiq Nağıyevin yeni elmi monoqrafiyası ingilis dilində çapdan çıxıb
May 03, 2021 | 10:20 / Publications
Read 2061 time (-s)

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin “Conjugated reactions in chemistry and biology in the context of modern ideas” (“Kimya və biologiyada qoşulma reaksiyaları müasir ideyalar kontekstində”) elmi monoqrafiyası ingilis dilində nəşr edilib.

Kitab Avropada əsasən xarici ölkələrdən olan müəlliflərin, xüsusilə yenilikçi alimlərin elmi əsərlərini nəşr edən “Generis publishing” beynəlxalq nəşriyyatı tərəfindən çap olunub.

Monoqrafiyada koherent-sinxron reaksiyalar nəzəriyyəsinin əsasında duran müxtəlif kimyəvi reaksiyalar arasında qarşılıqlı əlaqə və təsir mexanizminin öyrənilməsi məsələsinə yeni elmi yanaşmalar əksini tapıb. Məsələnin qoyuluşu, eyni zamanda, mövcud ənənələrdən tamamilə fərqli yanaşma XXI əsrin tələblərindən irəli gəlir, həmçinin kimya sənayesinin davamlı inkişafında xüsusi əhəmiyyəti və rolu olan kimya texnologiyalarının aktual məsələlərinin həlli baxımından dəyərlidir.

Monoqrafiya kimyaçılar, bioloq və kimyaçı-texnoloqlar üçün nəzərdə tutulub.

JOURNALS
Useful links