News
AMEA-nın bir qrup həqiqi və müxbir üzvü akademik Ramiz Mehdiyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlamışdır
Apr 19, 2021 | 16:00 / Important events
Read 503 time (-s)

Hörmətli Ramiz müəllim!

17 aprel tarixində Siz növbəti, 83-cü doğum gününüzü qeyd etdiniz. Siz sözün həqiqi mənasında çətin, eyni zamanda şərəfli həyat yolu keçmiş görkəmli elm və dövlət xadimisiniz. Azərbaycan dövləti və xalqı qarşısındakı böyük xidmətləriniz istər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim hörmətlə vurğulanmış, müxtəlif orden və medallarla qiymətləndirilmişdir. 23 oktyabr 2019-cu ildə Sizi ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən ölkə Prezidenti cənab İlham Əliyevin haqqınızda dediyi sözlər yaddaşlara həmişəlik həkk olunacaq tarixi qiymətdir. Öz fəaliyyətinizdə daim dövlət maraqlarını hər şeydən üstün tutduğunuz, ölkəmizin inkişafı və sabitliyi naminə bütün bilik və bacarağınızı sərf etdiyiniz danılmaz həqiqətdir.

AMEA prezidenti vəzifəsinə seçildikdən sonra Siz ölkəmizin elm məbədinin müasirləşməsi və inkişafı naminə fəaliyyətinizi eyni prinsipiallıqla davam etdirirsiniz. Bu müddət ərzində Sizin birbaşa tapşırığınız və rəhbərliyiniz altında Akademiyada illərlə yığılmış nöqsanların aradan qaldırılması, idarəçilik sisteminin və elmi fəaliyyətin təkmilləşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Öz çıxışlarınızda Siz daim aparılan işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar xəttinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayır və qurumun yeni dövrün tələblərilə ayaqlaşmalı olduğunu diqqətə çatdırırsınız.

Tərəfinizdən qaldırılan məsələlərin aktuallığını, qarşıya qoyulan tapşırıqların vacibliyini hər birimiz yaxşı başa düşür, islahatların ağrılı, mürəkkəb proses olduğunu anlayırıq. Əmin ola bilərsiniz ki, AMEA-nın həm həqiqi, həm də müxbir üzvlərinin böyük əksəriyyəti Akademiyada aparılan islahatlar xəttini dəstəkləyir, bu yolda Sizinlə birgə addımlamağı zəruri hesab edirlər. Hər kəs atılan addımların Akademiyanın gələcəyi baxımından əhəmiyyətli və qaçılmaz olduğu fikrində həmrəydir.

Ramiz müəllim, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ictimai və elmi fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Əminik ki, Sizin rəhbərliyinizlə AMEA bu çətin mərhələdən üzüağ çıxacaq və Ümummilli lider Heydər Əliyevin dediyi kimi “Xalqımızın milli sərvəti” adlanmağa layiq olduğunu hər kəsə sübut edəcəkdir.

Dərin hörmətlə,

Akademik Dilqəm Tağıyev

Akademik İsa Həbibbəyli

Akademik Tofiq Nağıyev

Akademik Rasim Əliquliyev

Akademik Adil Qəribov

Akademik İradə Hüseynova

Akademik Akif Əlizadə

Akademik İbrahim Quliyev

Akademik Gövhər Baxşəliyeva

Akademik İsmayıl Hacıyev

Akademik Fuad Əliyev

Akademik Arif Həşimov

Akademik Əli Abbasov

Akademik Vaqif Abbasov

Akademik Vaqif Fərzəliyev

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov

AMEA-nın müxbir üzvü Misir Mərdanov

AMEA-nın müxbir üzvü Şahbaz Muradov

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov

AMEA-nın müxbir üzvü Oqtay Qasımov

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 

Professor İlham Məmmədzadə

JOURNALS
Useful links