News
Kimyaçı alimlərin məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Apr 14, 2021 | 14:00 / Publications
Read 2212 time (-s)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, AMEA- nın müxbir üzvü Məhəmməd Babanlı, aparıcı elmi işçi  Leyla Məşədiyeva, Gəncə Dövlət Universitetinin professoru Yusif Yusibov və Fransa-Azərbaycan Universitetinin dosenti, k.ü.e.d. Dünya Babanlının   məqaləsi Web of ScienceScopus beynəlxalq bazalarına daxil olan  Russian Journal of Electrochemistry  jurnalda dərc olunub.

Məqalə Ag - Sb - Se sisteminin 300- 450 K temperatur intervalında elektrik hərəkət qüvvəsi üsulu ilə termodinamiki tədqiqinə həsr edilmişdir. Sistemin Ag2Se–Sb2Se3 kəsiyi üzrə AgSbSe2 birləşməsi əsasında geniş bərk məhlul sahəsi aşkar edilmişdir. Təcrübi nəticələr əsasında müxtəlif faza sahələrində EHQ- nin temperaturdan asılılıq tənlikləri alınmış, xəlitələrdə ğümüşün parsial molyar funksiyaları və sistemdə əmələ gələn üçlü fazaların parsial molyar funksiyaları, standart əmələgəlmə termodinamiki funksiyaları və standart entropiyaları təyin edilmişdir.

Qeyd edək ki, gümüşün mürəkkəb xalkogenidləri ekoloji təhlükəsiz termoelektrik, fotoelektrik, optik xassələrə və qarışıq ion-elektron keçiriciliyə malik funksional materiallar kimi elektrokimyəvi sensorlar, elektrod materialları, enerji çeviriciləri və s. hazırlanmasında istifadə oluna bilər.

Л. Ф. Машадиева, Д. М. Бабанлы, Ю. А. Юсибов, Д. Б. Тагиев, М. Б. Бабанлы. Термодинамическое исследование системы Ag–Sb–Se методом эдс с твердым электролитом Ag4RbI5. Электрохимия, 2021, том 57, № 3, с. 162–170.

 DOI: 10.31857/S0424857021030087

 

JOURNALS
Useful links