News
Photo
Azad Həmkarlar İttifaqı şəhid ailələrinə yardım edib
Apr 10, 2021 | 11:00 / Important events
Read 967 time (-s)

AMEA-nın Azad Həmkarlar İttifaqı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonunda 40 şəhid ailəsinə 18 çeşiddə ərzaq yardımı edilib.

Bu ailələrdən 3-ü akademiya əməkdaşlarının, 4-ü 2016-cı il aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçuların ailəsi, 33-ü isə II Qarabağ savaşı şəhidlərinin ailələridir. Ərzaqların təqdim edilməsində AMEA-nın Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri, Yasamal Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.

Şəhid ailələri dövlətin və ictimaiyyətin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. 

JOURNALS
Useful links