News
Make Our Planet Great Again (MOPGA) üzrə dördüncü çağırış Gənc Tədqiqatçılar üçün Təqaüd Proqramı
Apr 05, 2021 | 10:45 / Conferences, assemblies
Read 2103 time (-s)

Tədqiqat layihəsinin təsviri (ingilis və ya fransız dillərində):

- Layihənin adı

- Açar sözlər (6)

- Tədqiqat layihəsinin tezisi (maks. 2000 simvol)

- Kontekst və motivasiya (maks. 2000 simvol)

- Elmi məqsədlər (maks. 2000 simvol)

- Metodologiya və plan (maks. 4500 simvol)

- Layihənin "One health" elmi sahəsi ilə uyğunluğu (maks. 2000 simvol)

- Tədqiqat layihəsi təklifi ilə əlaqəli namizədin yaşadığı ölkə üçün əməkdaşlıq və / və ya nəticələr (maks. 2000 simvol).

 

Bu təqaüd aşağıdakıları əhatə edir:

- 2500 Avro aylıq müavinət

- 500 avro nəqliyyat pulu

- Sosial təminat

- Tibbi sığorta

 

Tədqiqat mövzuları

One health - multidissiplinar tədqiqatlar (heyvan sağlamlığı, insan sağlamlığı, ətraf mühit sağlamlığı, həmçinin humanitar və sosial elmlər). Beləliklə, vahid sağlamlıq konsepsiyasının tam həyata keçirilməsi müxtəlif elmlərin - insan və baytarlıq, aqronomiya, ekologiya, sosiologiya, coğrafiya və s. qarşılıqlı fəaliyyəti üzərində işi nəzərdə tutur.

 

Uyğunluq

5 ildən çox olmayaraq, yəni 2016-cı ilin may ayından 2021-ci il aprel ayına qədər PhD dərəcəsi almış xarici tədqiqatçılar bu çağırışa müraciət edə bilər. 1 sentyabr 2020-ci il tarixindən sonra (90 gündən çox) Fransada yaşamamalı və olmamalıdırlar. Təqaüd 2022-ci ilin yanvar ayından etibarən 12 ay müddətində veriləcək.

 

Tələb edilən sənədlər:

- İngilis dilində CV, nəşrlərin siyahısı daxil olmaqla (maks. 4 səhifə)

- PhD diplomunun surəti

- Təqaüd almaq üçün Fransa tərəfindən qəbul edən elmi rəhbərin CV-si (maks. 2 səhifə)

- Fransa tərəfindən qəbul edən təşkilatdan dəstək məktubu

- Tövsiyə məktubları (maks. 3)

- Xarici pasport və ya şəxsiyyət vəsiqəsinin surəti

 

Müraciət üçün son tarix: 10 may 2021-ci il. 

Ətraflı məlumat və müraciət üçün: https://campusfrance.smapply.io/prog/MOPGA4/ 

Təqdim edilmiş sənədlərin AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə (Ruslan Qasımov – RuslanQasimov@hotmail.com; 4926651) göndərilməsini xahiş edirik.

JOURNALS
Useful links