News
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Mar 29, 2021 | 13:00 / Publications
Read 2224 time (-s)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, kimya elməri doktoru Elza Salahova, böyük elmi işçi Kələntərova Pərvanə və s. məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan J. Electrochem. Sci. Eng. jurnalında dərc olunub.

Məqalə elektrokimyəvi yolla xlorid elektrolitindən yarımkecirci xassəyə malik Re-Te-Cu nano təbəqələrinin alınmasına və müxtəlif faktorların (cərəyan sixligi , temperatur, komponentlərin cəm qatiliginın, komponentlərin qatlıgının , məhlulun turşulugunun və s. ) ərintiləırin tərkibinə , keyfiyyətinə təsirinə həsr edilmişdir. Elektrokimyəvi üsulla alınmış yarımkeçirici nano təbəqələr müasir texnikada xüsusi yer tutur və onların alınması, fiziki - kimyəvi xassələrinin tədqiqi aktual məsələlərdən biridir. İlk dəfə olaraq elektrokimyəvi yolla xlorid məhlullarından Re-Te-Cu üçlü sistemi tədqiq edilmiş, aparılan təcrübələrə əsasən xlorid elektrolitlərindən keyfiyyətli, yarımkeçirici xassəli nazik təbəqələrin alınması üçün optimal şərait və elektrolitin tərkibi təklif edilmişdir. Bundan əlavə, qalvanostatik metoddan istifadə edərək platin və mis elektrodları üzərində alınan Re-Te-Cu nümunələri skanəedici elektron mikroskopu (SEM) və rentgen faza analiz metodları ilə tədqiq edilib.Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, xlorid məhlullarından elektrolitik çökdürülmə üsulu ilə katod səthində narın kristallik , qalınlıgı 80-150 nm olan Re-Te-Cu təbəqəsi almaq ümkündür .Qeyd edək ki,, Re-Te-Cu əsasında alınan nazik təbəqələrdə "çevrilmə və yaddaş" effekti vardır ki, bu xüsusiyyətinə görə də həmin örtüklər yarımkeçirici çevrilmə cihazlarında istifadə edilə bilərlər. J. Electrochem. Sci. Eng. ; http://dx.doi.org/10.5599/jese.895 (14-03-2021)

The effect of different factors on electrochemical obtaining of alloys Re-Te-Cu

 

Elza A.Salakhova*, Dilgam B.Tagiyev, Parvana E.Kalantarova,

Ramila E.Huseynova, İrana İ.Cabbarova

JOURNALS
Useful links