News
İcbari tibbi sığorta ilə bağlı XƏBƏR - Şəxsiyyət vəsiqəsi ilə...
Mar 18, 2021 | 15:00 / Interesting information
Read 2577 time (-s)

Vətəndaşın icbari tibbi sığorta xidmətindən istifadə edə bilməsi üçün ona ayrıca kartın verilməsinə ehtiyac yoxdur.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, yanvarın 1-dən bütün işləyən əhali qrupunun əməkhaqqından icbari tibbi sığorta xidməti üzrə tutulmalar həyata keçirilir: "İcbari tibbi sığorta sistemində vətəndaş kartla təmin olunmur. Onun kartı şəxsiyyət vəsiqəsidir. Vətəndaş tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edir. Fin kod sistemə daxil olan kimi şəxs haqqında olan bütün məlumatlar sistemdə görünür. Vətəndaş heç bir ödəniş etmədən tibbi xidmətdən istifadə edə biləcək".

V.Qurbanov qeyd edib ki, aprelin 1-dən bütün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ala biləcəklər. (trend)

JOURNALS
Useful links