News
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Mar 18, 2021 | 12:00 / Publications
Read 2156 time (-s)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri – AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, kimya üzrə elmlər doktoru Dünya Babanlı, dosent Leyla Məşədiyeva, elmi işçi Elnarə İsmayılova və M.V. Lomonosov ad. Moskva Dövlət Universitetinin  Qeyri- üzvi Kimya kafedrasının professoru Andrey Şevelkovun həmmüəllif olduqları məqalə Web of ScienceScopus beynəlxalq bazalarına daxil olan  Russian Journal of Inorganic Chemistry jurnalında dərc olunub.

 Məqalədə EHQ və RFA üsulları ilə qalay-stibium-selen sisteminin fiziki-kimyəvi tədqiqinin nəticələri verilir. Sistemin faza diaqramı qurulmuş, bir sıra üçkomponentli birləşmə və fazalar aşkar edilmişdir.  EHQ ölçmələri əsasında ilk dəfə olaraq bu birləşmə və bərk məhlullarda qalayın parsial molyar funksiyaları təyin edilmiş və həmin fazaların standart əmələgəlmə Gibbs sərbəst enerjisi, entalpiyası və entropiyası hesablanmışdır.

Alınmış fazalar potensial ekoloji təhlükəsiz funksional materiallar kimi böyük maraq kəsb edir. 

E. N. Ismailova, L. F. Mashadieva, D. M. Babanly, A. V. Shevel’kov, and M. B. Babanly. Diagram of Solid-Phase Equilibria in the SnSe–Sb2Se3–Se System and Thermodynamic Properties of Tin Antimony Selenides // Russian Journal of Inorganic Chemistry, 2021, Vol. 66, No. 1, pp. 96–103.  DOI: 10.1134/S0036023621010046

 

 

JOURNALS
Useful links