News
AMEA-da tanınmış xeyriyyəçi Ağa Musa Nağıyevin xatirəsi anılıb
Mar 06, 2021 | 10:00 / Jubilees
Read 2506 time (-s)

AMEA-nın Rəyasət Heyətində tanınmış xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 102-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Ağa Musa Nağıyev adına “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri, xeyriyyəçinin nəvəsi, A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Dilarə Nağıyevanın təşəbbüsü ilə keçirilən anım mərasimini Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov açıb. Cəbi Bəhramov neft milyonçusu Ağa Musa Nağıyevin keçdiyi ömür yoluna nəzər salıb, onun Azərbaycan xalqı üçün etdiyi vətənpərvər və xeyriyyəçilik xüsusiyyətlərini yüksək dəyərləndirib. Arxiv materialları əsasında maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Dilarə Nağıyeva babasının Azərbaycan xalqı üçün gördüyü xeyirxah əməllərdən söz açıb. Qeyd edib ki, Nağıyevin tikdirdiyi 98 binadan biri də oğlu İsmayılın adına inşa etdirdiyi, Şərq və Qərb memarlıq ənənələrini özündə birləşdirən “İsmailiyyə” binasıdır. O, həmçinin Ağa Musa Nağıyevin anım gününün bu binada təşkil olunmasına şərait yaratdıqları üçün AMEA rəhbərliyinə öz minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Nailə Yusifova və başqaları çıxış edərək Ağa Musa Nağıyevin həyatı və fəaliyyəti barədə fikirlərini bölüşüblər.

JOURNALS
Useful links