News
Photo
AMEA-nın Kataliz və Qeyri - üzvi Kimya İnstitutunda Mülki Müdafiə dəstələri ilə Xəbərdarlıq və Toplanış məşqləri keçirilmişdir.
Mar 02, 2021 | 12:10 / Conferences, assemblies
Read 3316 time (-s)

AMEA-nın Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun 2021-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq, 02 mart 2021-ci il tarixində Institutun Mülki Müdafiə dəstələri ilə (iş vaxtı) Xəbərdarlıq və Toplanış məşqləri keçirilmişdir.

Məşqin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədi ilə Mülki Müdafiə qərargah rəisi (İ.Əliyev) tərəfindən tələb olunan bütün sənədlər hazırlanmışdır.

Tədbirin keçirilməsinə hazırlıq işləri Institutun Fövqəladə Hallar Komissiyasının üzvlərinə, Mülki Müdafiə qərargah rəisinə və dəstələrin komandir-rəis heyətinə həvalə edilmiçdir.

Məşqin mütəşəkkil keçirilməsi məqsədi ilə, tədbirə hazırlıq dövründə İnstitutunMülki Müdafiə qərargah rəisi (İ.Əliyev) «Mülki Müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi planı»nı bir daha dəqiqləşdirmiş, rabitə vasitələrinin hazır vəziyyətə gətirilməsini təmin etmiş, Mülki Müdafiə qüvvələrinin şəxsi heyəti ilə metodiki toplanış keçirmişdir.

Tədbirə rəhbər heyət, Mülki Müdafiə qərargahın və MM qüvvələrinin komandir-rəis heyətləri cəlb olunmuşdur.

Tədbir zamanı Koronavirus infeksiyasından mühafizə məqsədilə tədbirin müddəti qısaldılmışdır. İştirakçıların sayı 10 nəfərdən az idi. MM məşqindən öncə bütün dezinfeksiya tıdbirləri həyata keçirildi. Tədbir iştirakçıları arasında ara məsafə qorunmaqla və qoruyucu maskalardan istifadə etməklə keçirildi.

Ümumən qarşıya qoyulmuş məqsədə tam nail olunmuşdur.

JOURNALS
Useful links