News
Photo
KQKİ-da fəaliyyət göstərən ED1.5 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Feb 19, 2021 | 15:00 / Conferences, assemblies
Read 3439 time (-s)

19.02.2021-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın Zoom Meetings platformasında iclası keçirilmişdir. Elmi seminarda AMEA Gəncə söbəsinin doktorantı Alverdiyev İsfəndiyar Cavid oğlunun  2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Mis və gümüşün pelementlərlə xalkogenidlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda dissertasiya işininin müzakirəsi keçiriləcəkdir. İclasda elmi seminarın 6 üzvü (distant və əyani formada), doktorantın elmi məsləhətçisi AMEA m/ü, prof. M.B.Babanlı, dissertasiya isinin rəyçisi Naxçıvan Dövlət Universitetinin professoru Y.Babayev və institutun bir sıra əməkdaşları distant formatda iştirak etmişdirlər. Dissertasiya işinin təqdimatı və geniş müzakirəsindən sonra elmi seminarın üzvləri tərəfindən keçirilən açıq səsvermənin müsbət nəticəsinə əsaslanaraq dissertasiya işi əsas müdafiəyə tövsiyə edilmişdir.

JOURNALS
Useful links