News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları diploma layiq görülüblər
Feb 19, 2021 | 12:00 / Important events
Read 3439 time (-s)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşının Rusiya Elmlər Akademiyasının jurnalında dərc olunmuş icmal məqaləsi (S.Z.Imamaliyeva, D.M.Babanly, D.B.Tagiyev, M.B.Babanly "Physicochemical Aspects of Development of Multicomponent Chalcogenide Phases Having the Tl5Te3 Structure: A Review" Russian Journal of Inorganic Chemistry. 2018, v.63, No13, p.1704-1730) jurnalın redaksiyasının keçirdiyi 2018-2020-ci illər üzrə ən çox istinad olunan məqalə müsabiqəsinin qalibi olub və müəlliflər xüsusi diplomla təltif ediliblər.

Məqalədə Tl5Te3 birləşməsinin üçlü quruluş analoqları və onlar əsasında çoxkomponentli fazalar haqqında ədəbiyyat məlumatları və müəlliflərin aldığı nəticələr təhlil edilib və sistemləşdirilib. Bu qeyri-üzvi maddələr sinfi termoelektrik, optik, maqnit, topoloji izolyator və s. xassələrə malik perspektivli funksional materiallar kimi böyük elmi və praktik maraq doğurur. Məqalədə bu fazaların əmələ gətirən çoxkomponentli sistemlərdə faza tarazlıqlarının tədqiqinin nəticələrinə xüsusi diqqət yetirilir. Həmçinin bu sinif birləşmələrin və onlar əsasında fazaların kristal quruluş xüsusiyyətləri, termodinamik və bəzi fiziki xassələri müzakirə edilir.

JOURNALS
Useful links