News
Səhiyyə Nazirliyi: COVID-19-un yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəkmi?
Feb 03, 2021 | 10:33 / Interesting information
Read 1989 time (-s)

Sosial şəbəkələrdə yayılan COVID-19 virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan açıqlamada deyilir. “Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib. Bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırırıq”, - deyə məlumatda bildirilir.

JOURNALS
Useful links