News
Akademik Ramiz Mehdiyevin kitabı Rusiyada çap edilib
Jan 27, 2021 | 11:00 / Publications
Read 2075 time (-s)

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə çap edilən “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabı Moskvada rus dilinə tərcümə edilərək çapdan çıxıb.

Kitabda əks olunan Dövrün mühüm tarixi şəxsiyyətlərinə və hadisələrinə dair şərhlərin müəllifi, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov Elm TV-yə müsahibəsi zamanı Nadir şahın düşərgəsi, həyat tərzi, xəzinəsində olan sərvətlər haqqında ən incə təfərrüatların Nadir şahın şəxsi həkimi, fransız əsilli Lui Bazinin məktublarında öz əksini tapdığını söyləyib.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

JOURNALS
Useful links