News
Alimlərdən Xəzərin səviyyəsində təhlükəli enişlə bağlı proqnoz
Dec 25, 2020 | 10:00 / Interesting information
Read 2181 time (-s)

Alman və niderlandlı alimlər Xəzər dənizinin səviyyəsinin təhlükəli enişi ilə bağlı proqnoz açıqlayıblar. 

Xarici mediaya istinadən xəbər verir ki, dənizin səviyyəsi 2100-cü ilədək 9-18 metr enəcək. Tədqiqatların nəticələri “Nature Communications Earth & Environment” jurnalında dərc olunub. Qeyd edilir ki, bu problem ekoloji, iqtisadi və digər problemlərə səbəb olacaq.

Alimlərin sözlərinə görə, 1990-cı illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi hər il bir neçə santimetr düşür. 2100-cü ilə qədər isə su hövzəsinin sahəsinin təxminən ¼-i qədər azalacağı proqnozlaşdırılır.

Alimlər bu problemin koordinasiyalı həlli üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının himayəsi altında yox olmaqda olan göllər üzrə beynəlxalq işçi qrupu yaratmağa çağırırlar.

JOURNALS
Useful links