News
COVID-19-un qarşısını 99,98% alan maska hazırlandı - KƏŞF
Nov 19, 2020 | 10:59 / Interesting information
Read 2301 time (-s)

Yeni antiviral üz maskası hazırlanıb. 

Aztibb.az "Mediamagazin"ə istinadən xəbər verir ki, maska Nottingham Trent Universitetinin alimlərindən biri tərəfindən yaradılıb. 

Məlumatda vurğulanıb ki, maska nano-mis antiviral təbəqə də daxil olmaqla 5 qatlıdır. 

"İstifadə olunan nano-mis materialda virusun qarşısını ala bilən ionlar var.  Antiviral qat və filtr qatları virusu məhv edir. Bu maskaların 7 saatdan çox müddətdə mövcud olan COVID-19-un və qripin qarşısını 90% ala bildiyi, 99.8% filtrləmə xüsusiyyətinə malik olduğu təcrübədə müəyyən edilib, - deyə,  məlumatda qeyd dilib. 

Maskanın dekabr ayından satışa çıxarılacağı bildirilib.

JOURNALS
Useful links