News
Koronavirusun qarşısını almaq üsulu tapıldı
Nov 18, 2020 | 12:40 / Interesting information
Read 2333 time (-s)

Ağız nahiyəsinin yaxalanması üçün mayedən istifadə koronavirus da daxil olmaqla, müxtəlif bakteriyalara, viruslara yoluxma riskini azaltmağa imkan verir. 

Aztibb.az ria.ru saytına istinadən xəbər verir ki, bu nəticəyə Kardiff Universitetinin alimləri gəlib. 

Alimlər iddia edir ki, ağızın yaxalanması üçün setilpiridin xlorid tərkibli mayelər bədənin bu nahiyəsində koronavirusun miqdarını azalda bilər. Onlar üç ay boyunca mayelərin ağız boşluğuna təsirini öyrəniblər və mayelərin virusla mübarizədə necə kömək edə biləcəyini müəyyənləşdiriblər. 

Tədqiqat müəllifləri koronavirus profilaktikası sistemi üçün hər hansı belə vasitənin tətbiqi üçün əlavə tədqiqatların aparılmasının zəruriliyi barədə xəbərdarlıq ediblər.

JOURNALS
Useful links