News
Bərdəni atəşə tutan "Smerç" məhv edildi
Oct 30, 2020 | 10:46 / Important events
Read 2214 time (-s)

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sistemin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 29-u saat 15:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilib.

JOURNALS
Useful links