News
Koronavirusun müalicəsində sürpriz: Bu dərmanı qəbul edənlər...
Oct 28, 2020 | 10:35 / Interesting information
Read 2254 time (-s)

Amerikanın Merilənd Universitetinin həkimləri son iki ayda xəstəxanaya daxil olan 55 yaşlı 412 koronavirus xəstəsi üzərində tədqiqat aparıblar.

Tədqiqatın nəticələrinə görə, ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik olaraq aspirin qəbul edən və stasionarda müalicə alan COVID-19 xəstələrində ağırlaşma və ölüm riski aşağı səviyyədədir.

Süni nəfəs aparatına qoşulan xəstələrin sayında 44 faiz , reanimasiyada yatan xəstələrin sayında isə 43 faiz azalma müşahidə edilib. Xəstələrin ölüm riski də 47 faiz aşağı düşüb.

Mütəxəssislərin gəldiyi qənaətə görə, aspirinin qanı durultma təsiri mikroklotun qarşısını alaraq koronovirus xəstələrinə müsbət təsir göstərir.

Həkimlərin fikrincə, koronovirus diaqnozu qoyulmuş xəstələr həkimlə məsləhətləşdikdən sonra gündəlik aspirin qəbul edə bilərlər.

JOURNALS
Useful links