News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq onlayn konfransda məruzə ilə çıxış ediblər.
Oct 19, 2020 | 12:13 / Conferences, assemblies
Read 3609 time (-s)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, professor Asif Məmmədov və elmi işçi Elnur Oruclu “Termofiziki xassələr və enerji sistemləri” (THERMAM 2020) adlı beynəlxalq onlayn elmi konfransda iştirak ediblər. Konfransda Asif Məmmədov “Cu-Pb-S sisteminin yüksək temperaturda T-x və P-T-X faza diaqramı”, Elnur Oruclu isə “MnBi2Te4-SnBi2Te4-Bi2Tesistemindəki yeni maqnetik topolojı izolyator fazaları” mövzuları ilə onlayn çıxış ediblər və hər iki məruzə maraqla qarşılanıb. Hər iki məruzədə yeni funksional xassəli materialların alınmasının elmi əsaslarının işlənməsi istiqamətində görülən işlərdən danışılıb.

Həmçinin videokonfransda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının 8 məruzəsinin təqdimatı da olub.

Qeyd edək ki, konfransın iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur.

JOURNALS
Useful links