News
AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kollektivi ölkə başçısına müraciət etdi
Oct 07, 2020 | 10:23 / Important events
Read 2608 time (-s)

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kollektivindən, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

İşğal altında olan torpaqlarımızın qaytarılmasının ilkin variantı kimi, daim Sülh çağırışları etmisiniz. Azərbaycan xalqı həmişə Sizin sülh niyyətli çıxışlarınıza dəstək vermişdir. 30 ilə yaxın müddət ərzində səbr edib inanmışıq ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılacaq və ədalət bərpa olunacaq. Lakin bu danışıqlar işğalçı Ermənistan dövlətinin destruktiv mövqeyi sayəsində heç bir nəticə verməmiş və hər dəfə işğalçı rejim müxtəlif təxribatlar törədərək sülh prosesinə ağır zərbə endirmişdir.

Məkrli düşmən növbəti dəfə təxribat törədərək atəşkəs rejimini pozdu, yaşayış məntəqələrimizi, dinc əhalini ağır artilleriya atəşinə tutdu və yeni torpaqlar işğal etmək məqsədilə hücuma keçdi.

Bütün xalq Sizdən Ali Baş Komandan kimi əmr gözləyirdi və nəhayət düşmənə qarşı əks-hücum əmri verildi. 2020-ci il 27 sentyabrda xalqa müraciətiniz bütün Azərbaycan vətəndaşlarında bir daha öz Liderinə olan etibarı, inamı yüksəltdi. “Qarabağ Azərbaycandır” çağırışınız hər bir Azərbaycan vətəndaşının yolu, məqsədi, amalı oldu. Sizin qətiyyətli, cəsarətli çıxışlarınız və güclü siyasi iradəniz ərazi bütövlüyümüz uğrunda haqq davasına çağırışdır. Əminik ki, Sizin tutduğunuz bu haqq yolu bizi tezliklə böyük qələbəyə çatdıracaqdır!

Sizin Ali Baş Komandan kimi rəhbərliyinizlə cəbhədə müzəffər Ordumuzun əldə etdiyi parlaq qələbələr hər bir azərbaycanlının çoxdan gözlədiyi sevincdir. Xalqımıza bəxş etdiyiniz bu qürurverici anlar, düşmənə vurulan sarsıdıcı zərbələr üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz ziyalılar həmişə olduğu kimi bu gün də, bütün xalqımızla birlikdə Sizin yanınızda olduğumuzu bəyan edir, Ordumuza hər cür yardıma hazır olduğumuzu bildiririk.

Qəhrəman Ordumuzdan yeni zəfərlər gözləyirik. Azərbaycan əsgəri irəli! Qarabağ Azərbaycandır!

Hörmətlə,

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kollektivi adından akademik Dilqəm Tağıyev.

Azərbaycan Respublikası, Bakı şəhəri

JOURNALS
Useful links