News
COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı
Sep 09, 2020 | 11:33 / Interesting information
Read 2265 time (-s)

İngiltərənin Oksford Universiteti və “AstraZeneca” dərman şirkətinin koronavirusa qarşı birgə hazırladığı “AZD-1222” peyvəndinin kliniki sınaqları dayandırılıb.

Publika.az xəbər verir ki, bir könüllü peyvəndə mənfi reaksiya sərgiləyib.

Şirkətdən verilən açıqlamada həmin könüllüdə naməlim xəstəliyin ortaya çıxdığı bildirilib. Buna görə də peyvəndin sınaqları dayandırılıb. Yaşanan durumun səbəbləri araşdırılmağa başlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya miyqasında 176 müxtəlif peyvənd üzərində iş gedir. Onlardan 33-ü artıq insanlar üzərində sınanır. 9 peyvəndin sınaq prosesi son mərhələdədir.

Qeyd edək ki, “AZD-1222” effektivliyi və etibarlılığı ilə ümidverici peyvəndlərdən biri kimi qəbul edilirdi.

 

JOURNALS
Useful links