News
AMEA YT Parkla STEPI arasında həyata keçirilən layihənin icra vəziyyəti müzakirə olunub
Aug 06, 2020 | 12:00 / Meetings
Read 2566 time (-s)

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

YT Parkda baş tutan görüşdə 2019-2020-ci illərdə iki qurumun birgə həyata keçirdiyi layihənin mövcud vəziyyəti, görülən işlər və əldə edilən nəticələrlə bağlı hesabat verilib. Qeyd edilib ki, layihə ilə bağlı aralıq hesabatın ilkin variantı YT Parkın ekspertləri tərəfindən STEPI-yə təqdim edilib. Layihənin növbəti mərhələsində hər iki ölkənin eksperlərinin iştirakı ilə aralıq hesabatın onlayn formatda müzakirəsi nəzərdə tutulur.

Həmçinin iclasda cari ay ərzində tərəflərin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan seminara dair təkliflər irəli sürülüb və tədbirdə “Texnoparkların rəqəmsallaşdırılması”, “Texnoparklar üçün biznes modeli”, “Texnoparkların maliyyəşmə mexanizmləri”, “Texnoparklarda klasterlərin inkişafı” və “Texnoparklara rezidentlərin cəlb edilməsi” kimi mövzular üzrə koreyalı eksperlərin mühazirələrinin dinlənilməsi qərara alınıb.

JOURNALS
Useful links