News
“Wi-Fi” üçün yeni diapazon istifadəyə verilib
Jul 26, 2020 | 10:00 / Interesting information
Read 1209 time (-s)

Wi-Fi” üçün yeni tezlik diapazonu (6 QHs) istifadəyə verilib. ABŞ-ın Federal Rabitə Komissiyası bu barədə qərar qəbul edib.

"hightech.fm” saytına istinadən xəbər verir ki, artıq bir neçə ay sonra istifadəçilər daha sürətli simsiz internet və ev routerləri üçün daha çox boş kanal əldə edə biləcəklər.

Mütəxəssislər bildiriblər ki, “Wi-Fi” üçün yeni tezlik diapazonunun istifadəyə verilməsi bağlantıları daha etibarlı edəcək. Bu həm pandemiya şəraitində, həm də yeni nəsil qurğularında qurulmuş biznes həllərinin reallaşdırılması üçün vacibdir.

Qurğuların 2020-ci ilin sonunadək 6 QHs-lik yeni tezlik diapazonunu dəstəkləməyə başlayacağı gözlənilir. Yeni qurğularda xüsusi nişan – “Wi-Fi 6E” olacaq.

JOURNALS
Useful links