News
Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü qeyd edilir.
Jul 22, 2020 | 16:00 / Jubilees
Read 2827 time (-s)

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən  “Əkinçi” qəzetinin nəşrə başladığı məhz bu gün - 22 iyul tarixində qoyulmuşdur. "Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində Azərbaycan mətbuatı müstəsna rol oynamışdır. Yarandıqdan bu günə qədər Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. İndi Azərbaycanda çoxlu sayda qəzet və jurnallar nəşr olunur, informasiya agentlikləri, televiziya və radio şirkətləri fəaliyyət göstərir, cəmiyyətin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Milli mətbuatımız digər sahələrdə olduğu kimi elmin cəmiyyətdə təbliğində əhəmiyyətli rol oynayırlar. Elmin təbliğini yüksək səviyyədə təşkil etmək əsasən elmi jurnalistikanın üzərinə düşən vəzifələrdən biridir və bu işin öhdəsindən yüksək peşəkarlıqla gəlirlər.Bu baxımdan AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Akademiyanın həyatında baş verən elmi və ictimai hadisələri yüksək peşəkarlıqla işıqlandırırlar.

Bu gün jurnalistlər ölkəmizin inkişafı, cəmiyyətimizin mariflənməsinə çalışan, hər cür çətin situasiyalarda qorxu bilmədən daim öndə dayanmağı bacaran, düşmənə qarşı vuruşan Azərbaycan ordusunun yanında olan, Azərbaycanın hər sahəsində uğurları peşəkarlıqla qələmə alan əsl peşə sahibləridir.

AMEA-nın ictimayyətlə əlaqələrə məsul olan jurnalistləri də daxil olmaqla bütün mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat günü münasibətilə  təbrik edir, bu  şərəfli, məsuliyyətli vəzifədə onlara uğurlar arzulayırıq.

Peşə bayramınız mübarək olsun!

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun rəhbərliyi

JOURNALS
Useful links