News
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Avropa Komissiyasının Birgə Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssislərinin iştirakı ilə onlayn iclasda iştirak etmişlər.
Jul 20, 2020 | 14:48 / Conferences, assemblies
Read 2552 time (-s)

       

17 iyul 2020-ci ildə AMEA-nin Xarici Əlaqələr İdarəsinin və Xəzər Universitetinin birgə təşəbbüsü və təşkilatçılığı ilə effectiv biliyin, elmi-texnologi innovasiyaların transferi məsələlərinin mövcud durumu və istiqamətlərinin müzakirəsinə həsr olunmuş onlayn iclas keçirilmişdir. Tədbirdə müxtəlif elmi-tədqiqat qurumların nümayəndələri eləcədə,  AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları da iştirak etmişlər. İclas iştirakçıları tərəfindən aşağıda göstərilən istiqamətlərdə müzakirələr aparılmışdır:

- texnologiyaların transferinin milli iqtisadi strategiya, əqli mülkiyyətin milli tənzimləmə və qorunma bazası ilə əlaqəsi,

- elmi tədqiqatların maliyyələşdirilmə strukturu, mövcud texnologiyaların transfer edilməsi bacarıqları və insan resursları,

- tədqiqat mərkəzi – universitet - sənaye əməkdaşlığı,

- dövlət tərəfindən maliyyələşdirilən tədqiqat işlərinin qiymətləndirilməsi,

- texnologiyaların transferi və əqli mülkiyyət hüquqlarının qeydiyyatı və qorunması məsələlərinə cavabdeh olan dövlət və özəl qurumların fəaliyyəti, 

- ölkənin prioritet, güclü elmi tədqiqat sahələrinin rəqabət üstünlüyü yarada biləcək potensial texnologiyaların qiymətləndirilməsi,

- tədqiqat mərkəzlərinin innovativ elmi-texnoloji nəticələrinin istifadısində mövcud durumun qiymətləndirilməsi və yaxşılaşdırılması.

Qeyd olunan ətrafında geniş müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

JOURNALS
Useful links