News
KİV: Ağ ev 18 ştatın koronavirusa görə “qırmızı zonada” olduğunu bildirir
Jul 17, 2020 | 19:00 / Interesting information
Read 2417 time (-s)

ABŞ KİV-lərində hakimiyyət orqanlarının koronavirusun yayılma tempinə görə “qırmızı zonada” olan 18 ştata daha sərt məhdudiyyətlər rejiminə keçmək barədə çağırışın yer aldığı məxfi sənəd dərc edilib.

AZƏRTAC “Daily Beast” nəşrinə istinadla xəbər verir ki, Amerikanın “Center for Public Integrity” (CPI) təşkilatının əlinə keçən sənəd Ağ evin koronavirus üzrə qrupu üçün hazırlanıb və hökumət üzvləri arasında paylanıb.

Sənədə əsasən, ABŞ-ın 18 ştatı koronavirusun yayılma tempinə görə “qırmızı zonaya” daxil olub. Onlara Kaliforniya, Florida, Alabama, Arkanzas, Arizona, Corciya, Aydaho, Ayova, Kanzas, Luiziana, Missisipi, Şimali və Cənubi Karolina, Nevada, Oklahoma, Tennessi, Texas və Yuta ştatları daxildir.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 17:50-yə olan məlumatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon 698 mini ötüb, 141 mindən çox insan həyatını itirib, 1 milyon 680 min 424 nəfər isə sağalıb. Müalicəsi davam edən 1 milyon 876 min 784 xəstədən 16 min 452-nin vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

JOURNALS
Useful links