News
Koronavirusa qarşı peyvəndin ilk sınaqları BAŞA ÇATDI
Jul 15, 2020 | 12:00 / Interesting information
Read 2279 time (-s)

ABŞ-da klinik sınaq testlərinin ilk mərhələsi başa çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksin iştirakçıların hamısında immunitetin yüksəlməsinə səbəb olub.

Bununla bağlı, “New England Journal of Medicine” jurnalında dərc olunub. Klinik sınaqlarda 18-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.

Nəticədə bütün iştirakçılarda virusa qarşı antitellər yaranıb.

JOURNALS
Useful links