News
AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının növbəti sayı işıq üzü görüb
Jul 15, 2020 | 14:09 / Publications
Read 2493 time (-s)

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və həyat” elmi-populyar jurnalının 2020-ci il üzrə 1-2-ci nömrəsi nəşr olunub.

Jurnalın ilk səhifəsində “2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 may 2020-ci il tarixli Sərəncamı təqdim olunub.

Yeni nömrədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider”, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Kasıblığın dirçəliş marşı. Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunus və onun “Kasıbların bankiri” kitabı haqqında söz”, eləcə də AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı Tariyel Hüseynovun həmmüəllifi olduqları “Bakı muldası sürüşmələri: araşdırmalar, nəticələr” adlı məqalələri nəşr olunub.

Həmçinin AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın “Pandemiya dövrü Azərbaycan dövlətçiliyinin uğurlu sınağı oldu”, Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Postpandemiya yaxud postamneziya dövrü”, Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli və institutun elmi işçisi, baş laborant Solmaz Namazovanın həmmüəllifi olduqları “Dünya tarixində pandemiyalar” mövzularında məqalələr əksini tapıb.

Bununla yanaşı, “Bioloji kənd təsərrüfatı və orqanik ipəkçilik”, “Azərbaycanın elektrik enerji tələbatının ödənilməsində külək ehtiyatlarının rolu”, “Yeniləşən dünyada fəlsəfənin missiyası”, “Nizami və Hafiz”, “XVII əsr Azərbaycan dilinin qrammatikası” başlıqlı məqalələr də jurnalın bu nömrəsində təqdim olunub.

Yeni nömrədə, həmçinin tikanlı kəvər növünün istifadə perspektivləri, bir teoremin isbatının 360 illik tarixçəsi, erməni tarixçilərinin yalanlarını ifşa edən əsər, kinoaktyorlarımızın tələffüzündə vurğu, cəmiyyətin innovativ fəaliyyətinin nəticəsi olan beynəlxalq gənclik layihələrindən bəhs edən məqalələr oxucuların diqqətinə çatdırılıb.

Jurnalda rus dilində maraqlı məqalələr də yer alıb.

Qeyd edək ki, “Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktorun müavini, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul redaktoru isə AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

JOURNALS
Useful links