News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb.
Jul 13, 2020 | 14:00 / Conferences, assemblies
Read 3709 time (-s)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.

Karantin rejiminin tələblərinə uyğun olaraq onlayn təşkil edilən imtahanların sonuncusu "Kimyada təqribi həll üsulları" fənnindən keçirilib.

Qeyd edək ki, 15.06.2020-ci il tarixindən başlayan imtahan sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq “Zoom” platforması üzərindən onlayn formada şifahi keçirilib. İmtahan sualları magistrantlara onlayn formada  ünvanlanıb və onlar sualları onlayn qaydada şifahi şəkildə cavablandırıb.

Pandemiya dövründə xüsusi karantin rejiminin tələbləri və distant tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında magistrantların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün tam şərait yaradılıb.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev mütəmadi olaraq yay imtahan sessiyasına onlayn qoşulmuş,  magistrantlara  təklif və tövsiyələrini vermişdir.

JOURNALS
Useful links