News
Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb
Jul 04, 2020 | 10:40 / Important events
Read 2384 time (-s)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 175 mindən çox artıb.

İyulun 3-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 175 723 nəfər yeni koronavirusa yoluxub, 5 032 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 710 005, ölənlərin isə 517 877 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 445 710 yoluxma və 255 702 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 737 869, ölənlərin sayı isə 198 945 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 115 561 yoluxma və 26 028 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

JOURNALS
Useful links