News
Hepatit dərmanlarının koronavirusa qarşı səmərəliliyi təsdiqlənib
Jun 26, 2020 | 12:00 / Important events
Read 2525 time (-s)

Hepatit C xəstəliyinə qarşı istifadə olunan daklatasvir və sofosbuvir koronavirusun müalicəsində də kömək edə bilər.

Trend-in məlumatına görə, bu, bir qrup braziliyalı alimin keçirdiyi müşahidə nəticəsində müəyyən edilib.

Qeyd olunub ki, bu preparatlar üç müxtəlif hüceyrədə, o cümlədən ağciyər hüceyrələrində infeksiyanın yayılmasının qarşısını alıb.

Alimlər həmçinin bildirib ki, yoluxmuş hüceyrələrdə iltihab proseslərinə səbəb olan maddələrin yaranması ləngiyir.

Alimlərin fikrincə, ilkin mərhələdə virusa qarşı bu preparatlarn qəbulu ağır yoluxma hallarının sayını azalda bilər.

JOURNALS
Useful links