News
ÜST: gələn həftə koronavirusa yoluxanların sayının 10 milyonu ötəcəyini bildirir
Jun 25, 2020 | 12:00 / Important events
Read 2609 time (-s)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa yoluxanların sayının gələn həftə 10 milyonu ötəcəyini proqnozlaşdırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: "Gələn həftə COVID-19 xəstəliyinə yoluxanların sayının 10 milyonu keçəcəyini gözləyirik".

Onun sözlərinə görə, koronavirusa yoluxanların sayı artıq 9,1 milyonu, ölənlərin sayının isə 470 mini keçib: "Koronavirusun yayıldığı ilk ay bizə 10 mindən az yoluxma haqqında məlumat gəldi, son ay ərzində isə bizə artıq 4 milyondan artıq yoluxma halı barədə məlumat verilib".

JOURNALS
Useful links