News
Karantin dövründə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin 18 məqaləsi Web of Science bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub
Jun 23, 2020 | 16:00 / Important events
Read 2452 time (-s)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının 2020-ci ilin birinci yarısındakı fəaliyyəti qənaətbəxş olub.

Belə ki, institutun elmi işçiləri karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində elmi-tədqiqat planına uyğun laboratoriya tədqiqatlarını yerinə yetiriblər. Məlum səbəbdən sonrakı dövrlərdə laboratoriya tədqiqatları tam olaraq yerinə yetirmək mümkün olmasa da, əməkdaşlar karantin dövründə aparılan elmi-tədqiqat işlərini emal etmiş və alınan nəticələr əsasında 30-a yaxın məqalə hazırlayaraq yerli və xarici jurnallara göndərmişlər. Qeyd olunan dövrdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 50-yə yaxın məqaləsi - 30-u respublika və 20-i xarici jurnallarda dərc olunub. Dərc olunan məqalələrdən 18-i Web of Science bazasına daxil olan impakt faktorlu jurnallarda( “Quantum materials”, “APL materials”, “Journal of organometallic chemistry”, “Journal of molecular liquids”, “Journal of physics D-applied physics”, “Semiconductors” və s.) yer alıb. Eləcə də, İnstitut əməkdaşları xarici və respublika konfranslarına ümumilikdə 50-dən yuxarı tezis təqdim etmişlər və iki Beynəlxalq konfransda onlayn olaraq məruzə ilə çıxış etmişlər.

2020-ci ilin ilk yarım ilində İnstitut əməkdaşladının apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri tərəfindən 400-ə yaxın istinad olunub. Bu dövrdə İnstitut əməkdaşları Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 2 ixtiraya dair iddia sifarişi göndərmiş və 2 patent almışlar.

İnstitutda fəaliyyət göstərən iki beynəlxalq laboratoriya da karantin dövrünə qədər apardıqları elmi-tədqiqatların nəticələrini xarici həmkarları ilə onlayn rejimdə mütəmadi müzakirə etmiş, həmin nəticələr əsasında birgə məqalələr hazırlanaraq nüfuzlu jurnallara göndərmişlər.

Bu dövrdə İnstitutun iki elmi jurnalı - “Azərbaycan kimya jurnalı” və “Kimya problemləri jurnalı” da öz fəaliyyətlərini onlayn formada davam etdirmişlər. Hər iki jurnalın iki nömrəsi artıq çapdan çıxmışdır.

JOURNALS
Useful links