News
Dünyada sutkada 181 mindən çox koronavirusa yoluxma faktı aşkar edilib
Jun 19, 2020 | 13:00 / Important events
Read 2442 time (-s)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dünyada sutka ərzində yeni koronavirus ilə yoluxma halların sayı 8,24 milyonu keçərək 181 mindən çox artıb. Ölənlərin sayı 5 mindən çox artaraq 445 min nəfəri keçib.

Dünyada 8 242 999 yoluxma və 445 535 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 181 232, ölənlərin sayı 5 245 nəfər artıb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 4 015 386. Sutka ərzində bu göstərici 115 527 nəfər artıb. Avropada 2 471 792 yoluxma və 190 304 ölüm faktı aşkar edilib. 24 saat ərzində yoluxanların sayı 19 328, ölənlərin sayı 722 nəfər artdı. 

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 837 497 nəfərə çatıb və 18 575 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 20 039 nəfər artıb, 518 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

JOURNALS
Useful links