News
Doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir
Jun 11, 2020 | 15:00 / Conferences, assemblies
Read 2573 time (-s)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Pərizad Fətullayevanın «Reduksiya olunmuş şiff əsaslari ilə metal komplekslərinin, quruluşu, xassələri və oksidləşdirici dehidrogenləşmə reaksiyalarinin tədqiqi» mövzusunda  2303.01- Qeyri-üzvi kimya ixtisası üzrə doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir.

İclas institutun akt zalında sosial məsafə saxlanılmaqla və qoruyucu vasitələrdən istifadə edilərək keçirilmişdir. Əvvəlcə iddiaçının məruzəsi dinlənilmiş və məruzə ətrafında geniş müzakirələr aparılmışdır. Sonra rəyçilər, k.ü.e.d.Mina Munşiyeva, professor Telman Ağdamski və professor İltifat Lətifov çıxış edərək işin həm nəzəri və həm də praktiki cəhətdən mükəmməl olduğunu, çox əhatəli, bu günki tələblərə cavab verən və koordinasion liqandlarda gedən oksidləşdirici dehidrogenləşmə reaksiyalarının araşdırılmasının yeni bir istiqamət olduğunu qeyd etmişlər.

Daha sonra k.ü.e.d., Vaqif Əhmədov,  k.ü.e.d., Etibar İsmayılov və başqaları elmi işin yüksək səviyyədə aparıldığını, xarici mətbuatda bir çox məqalələrin dərc olunduğunu və iddiasının yüksək insanı keyfiyyətləri barədə danışmışlar.

Sonda səsvermə yolu ilə elmi işin institutun seminarında müzakirə olunması qərara alınmışdır.

Qeyd edək ki, işin elmi məsləhətçiləri akademik Əjdər Məcidov və kimya elmləri doktoru Rayyət İsmayılovdur.

JOURNALS
Useful links