News
Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan ilk preparatı bəyənib
Jun 01, 2020 | 10:49 / Interesting information
Read 2582 time (-s)

Rusiya Birbaşa İnvestisiyalar Fondunun və “XimPar” şirkətinin COVID-19-a qarşı ilk istehsalı olan preparat Səhiyyə Nazirliyi tərəfindən bəyənilib.

“Preparatın ticarət markası “Avifavir” adlanır. Yeni preparatın beynəlxalq qaydalara əsasən kimyəvi və ya patentləşdirilmiş, yaxud qruplaşdırılmış adı isə “Favipiravir” kimi qeydiyyatdan keçib”, – deyə dərman vasitələrinin dövlət reyestrindən bildirilir.

Bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı “Favipiravir” preparatının Rusiyada satışa çıxarılma müddətinin qısaldılacağını söyləmişdi.

ria.ru saytı xəbər verir ki, hazırda dərman vasitəsi klinik sınaqdan keçirilir.

JOURNALS
Useful links