News
Rusiyada koronavirusa qarşı anticismləri müəyyən edən yeni ekspress-test hazırlanıb
Apr 30, 2020 | 10:00 / Interesting information
Read 2693 time (-s)

Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın fundamental əsasları” Federal Tədqiqat Mərkəzi koronavirus infeksiyasının sürətli diaqnostikası üçün testlər hazırlayır.

Testlər IgM və IgG anticismlərini aşkar etməyə imkan verir. Qeyd edək ki, insanda IgM-nin mövcudluğu xəstəliyin aktiv mərhələdə olduğunu, simptomlarsız IgG isə insanın artıq xəstəliyi keçirdiyini və immunitetə malik olduğunu göstərir.

poisknews.ru saytının məlumatına görə, testin nəticələri 10-15 dəqiqə ərzində təqdim olunur. Bu halda laboratoriya avadanlığı və tibbi personalın cəlb edilməsi tələb olunmur.

Test-sisteminin prototipi artıq xəstələr üzərində sınaqdan keçirilib. O, SARS-cov-2-yə qarşı anticisimləri müvəffəqiyyətlə aşkar edib.

Bir ay ərzində 100 min testin istehsal olunması nəzərdə tutulub.

JOURNALS
Useful links